Salyanda sürücü yolda uzanan şəxsi vururaq öldürdü
    • 18-01-2023, 11:27
    • 131

Salyanda sürücü yolda uzanan şəxsi vururaq öldürdü

Salyanda yolun üzərində uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.