Muxtar Babayev:
    • 12-07-2023, 16:14
    • 180

Muxtar Babayev: "Söyüdlü kəndində hər şey norma daxilindədir"

"Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə havada təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir".

News24.az “Report”-a istinadən xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olundu:

"Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi".