Bu ölkənin xarici işlər naziri yoxa çıxdı - FOTOLAR
    • 20-07-2023, 14:33
    • 301

Bu ölkənin xarici işlər naziri yoxa çıxdı - FOTOLAR

Çinin xarici işlər naziri Qin Gangdan 3 həftədir ki, xəbər yoxdur. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, Pekində diplomatik gediş-gəlişin sıx olmasına baxmayaraq, nazirin heç bir toplantı və ya tədbirə qatılmaması onun harada olmasıyla bağlı spekulyasiyalara səbəb olub. Sosial şəbəkələrdə yayılan paylaşımlarda Qinin nikahdankənar münasibətə görə yoxa çıxdığı bildirilir.

Sosial mediada yazılanlara görə, Qinin Phoenix televiziyasının aparıcısı Fu Xiaotian ilə nikahdankənar münasibət yaşayır. Çində yerləşən sosial media platformalarında Qinlə bağlı axtarışlar heç bir nəticə verməyib.

Aynurə