Sabiq prezident pivə vannası qəbul etdi
    • 20-07-2023, 15:54
    • 196

Sabiq prezident pivə vannası qəbul etdi

Polşanın keçmiş prezidenti Lex Valesa sosial şəbəkədə pivə vannası qəbul edərkən çəkilmiş şəklini paylaşıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, o, öz feysbuk səhifəsində iyulun 19-da müvafiq proseduru həyata keçirdiyini qeyd edib.

Məlumata görə, onun pivə vannasını qəbul etməsi sosial şəbəkə istifadəçilərinin müsbət reaksiyasına səbəb olub. Polşa portalının qeyd edib ki, bu cür prosedurlar dəri üçün faydalı hesab olunur, rahatlaşdırıcı təsir göstərir və qan təzyiqini aşağı salmağa kömək edir.

Aynurə