Putin Zimbabve prezidentinə helikopter hədiyyə etdi
    • 27-07-2023, 21:56
    • 146

Putin Zimbabve prezidentinə helikopter hədiyyə etdi

Rusiya Prezidenti Vladimir Putin Zimbabvenin dövlət başçısı Emmerson Mnaqaqvaya prezident helikopteri hədiyyə edib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zimbabvenin İnformasiya, Təbliğat və Yayım Nazirliyi məlumat yayıb.


“Zati-aliləri Prezident Putin Zati-aliləri Prezident Emmerson Dambuzo Mnanqaqvaya prezident helikopteri hədiyyə etdi və bu helikopter tezliklə Zimbabveyə çatdırılacaq”, - mətbuat xidməti bildirib.

Yazı bir neçə fotoşəkillə müşayiət olundu.

Rusiya prezidentinin mətbuat katibi Peskov "RİA Novosti"ə bildirib ki, helikopter ötən il hədiyyə edilib.

Qeyd edək ki, bu gün dövlət başçıları Sankt-Peterburqda Rusiya-Afrika sammiti çərçivəsində görüşüb.