Helikopter qəzasından sağ çıxan qadın DANIŞDI
    • 28-07-2023, 13:32
    • 148

Helikopter qəzasından sağ çıxan qadın DANIŞDI

Altayda helikopter qəzasından sağ çıxan Sankt-Peterburq sakini Yelena Levşukova xilasını möcüzə adlandırıb.

News24.az xəbər verir ki, zərərçəkmiş bildirib ki, hazırda çətinliklə danışa və nəfəs ala bilir.

"Mən çətinliklə danışa və nəfəs ala bilirəm. Boğazıımda şiddətli şişkinlik var. Sağ qalamağım möcüzədir, - Levşukova deyib.

Qız həmçinin qeyd edib ki, qəzaya uğramazdan əvvəl təyyarə komandirinin sözlərini eşitməyib. Buna səbəb helikopterin ekipajının sərnişinlərdən ayrı kabinədə əyləşməsi olub

Levşukovanın sözlərinə görə, sağ qalan daha iki nəfərin vəziyyətindən xəbərdardır. Belə ki, sərnişinlərdən biri yüngül qançırlarla xilas olub, digər turist isə yanıb.

Qeyd edək ki, iyulun 27-də Altay Respublikasının Tunqur kəndi yaxınlığında “Altai Avia” aviaşirkətinə məxsus Mi-9 helikopterinin qəzaya uğraması baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb.