Alimlər 46 min il əvvəlki qurdu
    • 28-07-2023, 17:54
    • 194

Alimlər 46 min il əvvəlki qurdu "diriltdilər"

Rusiya Molekulyar Hüceyrə Biologiyası və Genetikası İnstitutunun alimləri Sibirin əbədi donunun 40 metr dərinliyində 46 min il kriptobioz vəziyyətində olan nematod qurdunu “canlandıra” biliblər.

News24.az xəbər verir ki, bu barədə PLOS Genetics saytında dərc edilib.

Analizlərin ilkin məlumatlarına görə, canlanmış nematodlar çoxdan nəsli kəsilmiş növə aiddir. Onlar mamontlarla birgə yaşayıblar. Əvvəllər elm adamları qurdların 40 ilə qədər hərəkətsiz qala biləcəyini güman edirdilər.