Babək rayonunda yanğın olub
    • 29-07-2023, 21:55
    • 341

Babək rayonunda yanğın olub

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba gölünün yaxınlığında 2 ha sahədə qamışlıq yanıb.

News24.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub