Putinlə Ərdoğan görüşəcək
    • 30-07-2023, 00:50
    • 162

Putinlə Ərdoğan görüşəcək

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüş barədə razılaşıblar.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya lideri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər arasında görüş hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılırdı, lakin sonradan məqsədəuyğun hesab edilməyib:

“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”, - Putin deyib.

Dövlət başçısı əlavə edib ki, Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib:

“Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.