Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşüb
    • 31-07-2023, 09:25
    • 162

Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşüb

Cəlilabad rayonunda avtomobilin vurduğu piyada komaya düşüb.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub.

O, ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb.

Xəstə hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.