"Zaxarovanın etirafları normallaşma prosesində kimin aparıcı rola malik olduğunu göstərir" - ŞƏRH
    • 2-08-2023, 19:03
    • 395

"Zaxarovanın etirafları normallaşma prosesində kimin aparıcı rola malik olduğunu göstərir" - ŞƏRH

"Mariya Zaxarovanın Qarabağa qanunsuz yük daşımaları ilə bağlı etirafları Rusiyanın Avropadakı güclərin regiona təsirlərinə qarşı müqavimətidir". 

Bunu News24.az-a açıqlamasında siyasi-şərhçi Anar Əliyev Rusiya Xarici İşlər Nazirliyi mətbuat katibinin mövqeyini şərh edərkən bildirib. 

O deyib ki, anoloji mövqe Qərbə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində aparıcı rolu kimin, yəni indiki halda rəsmi Moskvanın oynadığını göstərən vacib elementlərdən biridir:

"Rusiyanın dövlət maraqlarının əks olunduğu bu fikirlər həm reallığa, həm də Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun olduğundan və beynəlxalq hüquq prinsiplərinə əsaslandığından məqbul bir yanaşmadır. Bu, həm də separatçılara verilən dəstəyin Azərbaycan tərəfindən tənqid olunmasına Rusiya tərəfinin bir jestidir. Rəsmi Moskva düşünməməlidir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə verilməyən imkanlar hər hansı başqa bir gücə tanına bilər. Hər hansı bir dövlət tərəfindən daxili işlərimizə müdaxilə qətiyyən qəbul edilə bilməz. Azərbaycan dövlətinin və onun liderinin bu barədəki mövqeyi qətiyyətli, sərt və dönməzdir".

Fərid Azəri