NATO-da strategiya dəyişir! - “2024-cü il ssenarisi” açıqlandı
    • 3-08-2023, 18:32
    • 179

NATO-da strategiya dəyişir! - “2024-cü il ssenarisi” açıqlandı

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində İsveç və Finlandiyanın qəbulu, NATO-nun kəşfiyyat strukturunun tamamilə dəyişdirilməsi kimi kritik qərarlar qəbul edilib.

News24.az "haberglobal"-a istinadla xəbər verir ki, Pentaqon mənbələrinin məlumatına görə, NATO sammitində ABŞ və Avropa ölkələri hərbi strategiya ilə bağlı razılığa gəlməyiblər.

Amerika mətbuatının əldə etdiyi məlumata görə, ABŞ 2024-cü il sammiti üçün yeni hərbi strategiya hazırlayıb. ABŞ NATO-nun şərq qoşunlarını və müdafiə düşüncəsini tamamilə dəyişəcək.

NATO-nun avropalı üzvləri ABŞ-ın Ukraynanın üzvlük statusuna qarşı çıxmasından, NATO-nun Rusiyaya qarşı qoyduğu şərq cəbhəsindəki hərbi çatışmazlıqları ABŞ-ın avropalı üzvlərə qəbul edə bilməməsindən məyusdur. ABŞ gələn il Vaşinqtonda keçiriləcək NATO sammiti üçün yeni strateji planını artıq müəyyən edib.

Qlobal müdafiə jurnalistikasının nüfuzlu nəşri olan ABŞ-da yerləşən "Defence One" saytı ABŞ-da Pentaqon və NATO rəsmilərindən əldə etdiyi məlumata əsaslanaraq növbəti NATO sammitinin əsas gündəliyinin tamamilə fərqli olacağını iddia edib . Əldə edilən məlumata görə, NATO-nun 2024-cü ildə Vaşinqtonda keçiriləcək sammitində ABŞ-ın əsas gündəmi hərbi strategiyanın dəyişdirilməsi olacaq.

Aydan