Bərdədə subasmanın nəticələri aradan qaldırılır - VİDEO
    • 3-08-2023, 18:35
    • 180

Bərdədə subasmanın nəticələri aradan qaldırılır - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsindəki bəndinin bir hissəsi uçub. Güclü su axını nəticəsində yaşayış məntəqəsi subasmaya məruz qalıb. Tədbirlər nəticəsində suyun qarşısı alınsa da, kənd sakinlərinin təsərrüfatlarına ziyan dəyib.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Ətraflı RTV-nin videomaterialında: