Serbiya Prezidenti ABŞ və Xorvatiyanı ölkəsinə qarşı cinayətdə ittiham edib
    • 5-08-2023, 00:42
    • 134

Serbiya Prezidenti ABŞ və Xorvatiyanı ölkəsinə qarşı cinayətdə ittiham edib

Serbiya Prezidenti Milorad Dodik ABŞ və Xorvatiyanı ölkəsinə qarşı cinayətdə ittiham edib.

News24.az "Report"a istinadən xəbər verir ki, Dodik bildirib ki, 1995-ci ilin avqustunda xorvat ordusunun "Tufan" əməliyyatı zamanı iki minə yaxın serb öldürülüb, 200 mindən çox serb isə ölkədən çıxarılıb.

“Onların “Tufan” adlandırdıqları və ABŞ ilə birgə serblərə qarşı törətdiyi dəhşətli plan etnik təmizləmə məqsədi daşıyırdı", - Serbiya lideri deyib.

Qeyd edək ki, Xorvatiya ilə Serbiya arasında münaqişə NATO-nun müdaxiləsi ilə dayandırılır, 1995-ci ilin oktyabrında atəşkəs razılaşdırılır, dekabrda Deyton sazişi imzalanır.

2015-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən Xorvatiya Yuqoslaviyadan ayrıldığı zaman baş verən müharibədə Zaqreblə Belqrad arasında soyqırım halları olmayıb. Xorvatiya hökuməti iddia etmişdi ki, Serbiya 1991-ci ildə Vukovar şəhərində və başqa yerlərdə soyqırımı həyata keçirib. Bundan sonra Serbiya da Xorvatiyada yaşayan minlərlə serbin məhv edilməsi barədə əks-iddia irəli sürmüşdü.

Xorvatiya Yuqoslaviyadan ayrıldığı zaman 1991-1995-ci illərdəki müharibədə 20 minə qədər insan həlak olub ki, onların əksəriyyəti xorvatlar olub.