Uşaqlarınızın şəkillərini paylaşarkən EHTİYATLI OLUN! - Əks təqdirdə... - VİDEO
    • 7-08-2023, 14:44
    • 123

Uşaqlarınızın şəkillərini paylaşarkən EHTİYATLI OLUN! - Əks təqdirdə... - VİDEO

Uşaqlara sevgini göstərməyin bir yolu kimi onlarla olan şəkilləri üzləri açıq formada sosial şəbəkələrdə paylaşılır. Ən yaxşı halda el adəti kimi 40 gün gözləyərək müxtəlf emojilərlə körpələrlə bağlı paylaşım edilir.

Maraqlıdır ki, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq də ailəsi bağlı paylaşım zamanı uşaqlarının üzünü emojilərlə örtüb.

Bu paylaşım uşaqların şəkillərinin paylaşılması və platformanın məxfilik siyasəti ilə bağlı müzakirələrə səbəb olub.

Texnologiya blogeri Tariyel Ağazadə aztv-yə bildirib ki, paylaşılan şəkilləri süni zəka alətləri və digər texnologiyalarla təkrarlaya, hansısa oyunda, videoda istifadə edə bilərlər. İcazə almadan qanunsuz məqamlar üçün istifadə oluna bilər.