Kanada 7 iranlıya sanksiya tətbiq etdi - SƏBƏB
    • 8-08-2023, 21:11
    • 148

Kanada 7 iranlıya sanksiya tətbiq etdi - SƏBƏB

Kanada 7 İran vətəndaşına beynəlxalq təhlükəsizliyə təhdid yaratdıqları üçün sanksiya tətbiq edib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, sanksiyalar siyahısına salınmış şəxslər Ukraynaya qarşı müharibədə və regionda təhlükəsizliyə qarşı istifadə edilmək üçün dron istehsalında birbaşa iştirak edən şəxslərdir.

Kanada hökumətinin sanksiya tətbiq etdiyi şəxslərin siyahısı belədir: "İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan, ordunun briqada generalı və İran Aviasiya Sənayesi Təşkilatının sədri Əbdülkərim Bəni Turabi, Məsumə Teymuri,  Eymən Sənət Zaman Fəra şirkətinin rəhbəri Fatimə Həqşenas, Qüds Aviasiya Şirkətinin Direktorlar Şurasının üzvləri Reza Xaki, Məcidrza Niazi və Vəli Arlanizadə".
Günəş Mərd