Zuğulba çimərliyində bir nəfər BOĞULUB - VİDEO
    • 9-08-2023, 08:34
    • 144

Zuğulba çimərliyində bir nəfər BOĞULUB - VİDEO

Bakının Xəzər rayonununda dənizdə boğulma hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, Zuğulba çimərliyində 1986-cı il təvəllüdlü Məmmədov Teymur Asif oğlunun dənizdə batması ilə bağlı FHN-nin xilasetmə qrupuna məlumat verilib.

Təqribən 2 saata yaxın aparılan axtarışlar nəticəsində suda huşsuz vəziyyətdə olan T.Məmmədov xilas edilərək, 10 saylı təcili tibbi yardım briqadasına təhvil verilib. 

Ətraflı RTV-nin süjetində: