Dünyanın ən çox ziyarət edilən attraksionuna çevrildi
    • 10-08-2023, 22:00
    • 277

Dünyanın ən çox ziyarət edilən attraksionuna çevrildi

Dünyanın ən hündür binası olan Dubaydakı Burj Xəlifə dünyanın ən çox ziyarət edilən attraksionuna çevrilib.

News24.az xəbər verir ki, bu “Switch On Business” portalının araşdırmasının nəticələrində əksini tapıb. 

Nəticələrə görə, Bürc Xəlifəni hər il 17 milyon insan ziyarət edir və 22 milyon istifadəçi Google-da axtarır.

Eyni zamanda, hündürlüyü 828 metr olan qülləyə giriş biletlərinin satışından əldə edilən gəlir ildə təxminən 621 milyon dollar təşkil edir.

Mütəxəssislər bu yerin populyarlığını çoxlu sayda insanın adrenalin yaşamaq istəyi ilə bağlayırlar. Qülləyə qalxan adam yerdən 800 metr uzaqlıqda olur. Mütəxəssislər bura yayda saat 16:00-dan 19:00-dək, qışda isə 15:00-dan 18:00-dək baş çəkməyi tövsiyə ediblər, çünki bu saatlarda Dubayın gün batımı və gecə məzərəsi çox gözəl olur.
Günəş Mərd