Oğurlanan nəzir qutusu ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 11-08-2023, 17:30
    • 254

Oğurlanan nəzir qutusu ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, paytaxtda yerləşən nəzir qutularından 13 min manat pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bəs, nəzir qutularına necə nəzarət edilməlidir?

Mövzu ilə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən News24.az-a bildirildi ki, dini qurumların ianə qəbul etməsi “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb:

""Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb. Sözügedən qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Bir daha vurğulayaq ki, qeyd olunan məsələnin tənzimlənməsi  üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanma mərhələsindədir. Bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir. Proses yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Leyla Əliyeva