Kəşfiyyat ilk dəfə açıqladı: İRAN ÖLKƏYƏ MÜDAXİLƏ EDİR
    • 11-08-2023, 18:54
    • 248

Kəşfiyyat ilk dəfə açıqladı: İRAN ÖLKƏYƏ MÜDAXİLƏ EDİR

Yeni Zelandiya kəşfiyyatı açıqlayıb ki, Çin, Rusiya və İran ölkəyə müdaxilə edir.
 
News24.az xəbər verir ki, bu barədə Yeni Zelandiya kəşfiyyatı məlumat yayıb.
 
Kəşfiyyatın ilk dəfə açıq şəkildə yayımladığı hesabatında bildirilib ki, bu məlumatı ictimaiyyətlə bölüşmək önəmlidir. 
 
Ən çox diqqətçəkən təhlükənin Yeni Zelandiyada Çin icmalarını hədəfə alan və Çin kəşfiyyatı ilə əlaqələrinin olanların olduğu vurğulanaraq, Pekinin Sakit okeandakı siyasi, iqtisadi və hərbi iştirakını inkişaf etdirmə səylərinin strateji rəqabətə yol açdığı qeyd olunub.

Hesabatda Tehranın isə bu ölkədəki iranlıları izləməklə və onlar haqda hesabatlar hazırlamaqla müdaxilə etdiyi yazılıb.

“Rusiyanın beynəlxalq dezinformasiya kampaniyaları Yeni Zelandiyanı hədəfə almasa da, ictimai rəyə təsir göstərir”, - kəşfiyyat bildirib.

Sənəddə Rusiya-Ukrayna müharibəsinin geosiyasi rəqabətin artması, tədarük zəncirində pozulmalar və digər ölkələrdə kəşfiyyat fəaliyyətlərinin aparılması səyləri kimi problemlərə səbəb olduğu da vurğulanıb.

Xarici təhdidlərlə yanaşı, Yeni Zelandiya daxilində zorakılığa meylin də təhdid olduğu, ölkədə terror aktları təşkil edə bilən şəxslərin olduğu, amma hələlik konkret hücum planının müəyyən edilmədiyi diqqətə çatdırılıb
 
Ayşən