Əfqanıstanda qız məktəbləri gizli fəaliyyət göstərir
    • 12-08-2023, 11:10
    • 142

Əfqanıstanda qız məktəbləri gizli fəaliyyət göstərir

Əfqanıstandakı Taliban administrasiyası 2021-ci ilin avqustunda ölkə rəhbərliyini ələ keçirdikdən sonra qadınları ictimai həyatda sıxışdırmaq üçün bir çox qərarlar qəbul edib. Əfqanıstanda qız məktəbləri gizli fəaliyyətə keçib.

News24.az xəbər verir ki, bununla belə, əfqan qızlar Taliban administrasiyasından gizli şəkildə qurulan məktəb şəbəkəsində təhsil alaraq öz hüquqları uğrunda mübarizəni davam etdirirlər.

BBC Əfqan xidmətinin hazırladığı xəbərə görə, “Əfqanistanı öyrənin” təhsil könüllüləri dərnəyinin iştirakı ilə qurulan “yeraltı məktəb şəbəkəsi”ndə gənc qadınlara əyani və ya distant təhsil imkanları verilir.

Aydan