Pikasso muzeyinin əməkdaşları TƏTİL EDƏCƏK
    • 12-08-2023, 16:57
    • 418

Pikasso muzeyinin əməkdaşları TƏTİL EDƏCƏK

Malaqadakı Pikasso muzeyinin bir qrup işçisi Pikassonun vəfatın 50 illiyinə həsr olunmuş “Pikasso əks-sədası” adlı sərginin açılışından bir qədər əvvəl, sentyabr ayında beş günlük tətil keçirmək planlarını açıqlayıb.

News24.az  AZƏRTAC-a istinadən xəbər verir ki, tətil sentyabrın 18-22-nə planlaşdırılıb, lakin şirkət təkidlə qüvvədə olan əmək sazişinə riayət etməməyə davam edərsə, ttil daha uzun müddət davam edə bilər.
Qarşıda keçirilməsi nəzərdə tutulan tətilə baxmayaraq, muzeyin rəhbərliyi əvvəl olduğu kim, muzeyin 20 illiyinin qeyd olunmasında diqqətini cəmləyib və açıq-aydın olaraq fəhlələrin aksiyasını dəstəkləmədiyini bildirib.
Bu yay muzeyin işçiləri bir neçə etiraz aksiyası keçirib.

May ayında onlar texniki tətil keçirib, nəticədə muzey müvəqqəti olaraq Pikasso heykəli sərgisini bağlamaq məcburiyyətində qalıb. Ziyarətçilər yalnız daimi kolleksiyanın qalereyalarını ziyarət edə bildikləri zaman, etiraz edənlər Pikasso rəsmlərinin obrazları olan maskaları geyinərək muzeyin qarşısında durublar.

Pikasso muzeyinin işçiləri əməkhaqqının artıq 11 il ərzində artmadığından şikayət edirlər, əksinə o, 3-5 faiz azalıb, qiymətlər isə daim artmaqdadır. Onlar əməkhaqqını ildə 80 min avroya qədər artırılmasını və iş saatlarının sayının ildə 1710 saata qədər azaldılmasını tələb edirlər. Muzey rəhbərliyi tərəfindən təklif olunan güzəştlər hələ ki əməkdaşları qane etməyib. Yerli Həmkarlar İttifaqı sorğu keçirərək müəyyən edib ki, İspaniyanın digər mədəniyyət müəssisələrində əməkhaqqı əhəmiyyətli dərəcədə daha yüksəkdir.