"Qədirxum"da kütləvi zəhərlənmə baş verib? - VİDEO
    • 14-08-2023, 16:24
    • 1 058

"Qədirxum"da kütləvi zəhərlənmə baş verib? - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda istirahət mərkəzlərinin birində kütləvi zəhərlənmə faktının qeydə alınması xəbəri yayılıb. İddia olunur ki, hadisə "Qədirxum" İstirahət Mərkəzində baş verib.

Hadisə ilə bağlı adı çəkilən istirahət mərkəzinin saytında qeyd olunan 055-361-52-72 nömrəsi ilə əlaqə saxladıq:


İsitrahət mərkəzindən News24.az-a bildirildi ki, belə bir hadisə baş verməyib:


"Dünən burada andiçmə mərasimi ilə əlaqədər insan çox idi. Zəhərlənmə olsaydı yeddi nəfər deyil, daha çox insan zəhərlənərdi. Ola bilər ki, onlar özləri evdən gətirdikləri yeməklərdən zəhərləniblər".

TƏBİB-də isə saytımıza 7 nəfərin Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilməsi təsdiq edildi: 


“13.08.2023-cü il tarixində saat 23:04 radələrindən başlayaraq 7 nəfər sözügedən xəstəxanaya yerləşdirilib.Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra hər biri ambulator müalicə üçün evə buraxılıb”.


Qurumdan xəstələrin harda zəhərlənməsi barədə soruşduqda isə, cavab verməkdən imtina edildi.


Ətraflı RTV-nin materialında:


Aydan