5 gündür suya həsrət qalan Əmircan
    • 16-08-2023, 11:27
    • 254

5 gündür suya həsrət qalan Əmircan

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsinin sakinləri suya həsrət qalıb.

News24.az-a şikayətçi olan sakinlər bildiriblər ki, 5 gündür qəsəbəyə su gəlmir. Bununla bağlı dəfələrlə şikayət etsələr də nəticəala bilməyiblər.

Sakinlərin məlumatına görə, qəsəbənin bəzi küçələrinə müəyyən fasilələrlə su verilsə də, Bakıxanov və Nazim Kirxlarov küçəsinə ümumiyyətlə su verilməyib.

Sakinlər "Azərsu" ASC-nin qaynar xəttinə şikayət etdikdə isə problemin təzyiqlə bağlı olduğunu bildiriblər. 

Şikayətçilərin İcra Hakimiyyətinə müraciətindən sonra əraziyə su maşını göndərilib və 3 ailə qismən su ilə təmin olunub.

Məsələ ilə bağlı "Azərsu" ASC-yə müraciət etdik. Qurumdan bildirildi ki, suyun verilişi bu gün bərpa olunacaq:

"Dünən nasos stansiyası və şəbəkədə tənzimləmə işləri aparılıb. Bu gündən suyun verilişi bərpa olunub. Artıq hissə-hissə ərazilər su alır. Qeyd olunan ünvan da tezliklə su alacaq".

Qumral Əliyeva