Maştağada 25 ailə susuzluqdan əziyyət çəkir - VİDEO
    • 1-08-2023, 10:59
    • 312

Maştağada 25 ailə susuzluqdan əziyyət çəkir - VİDEO

Maştağa qəsəbəsinin Nizami küçəsində yaşayan 25 ailə içməli su problemindən əziyyət çəkir.

News24.az xəbər verir ki, sakinlər məsələnin işıqlandırılması ilə bağlı ATV-nin qaynar xəttinə müraciət ediblər.

Yayın istisinə suya həsrət qalan vətəndaşlar bildirir ki, məcburiyyətdən imkanı olan suyu maşınla alır, olmayanlar isə kilometrlə yol qət edərək qəsəbədə yerləşən şəhidlər bulağından evinə su daşıyır.

Məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də, dərdlərinə çarə qılan olmayıb.

Leyla SƏMƏNDƏR