"Rusiya artıq ermənilərin əsl simasını görməlidir" - Siyasi ekspert
    • 17-08-2023, 19:03
    • 176

"Rusiya artıq ermənilərin əsl simasını görməlidir" - Siyasi ekspert

Bir neçə gündür Qarabağ erməniləri ilə sülhməramlılar arasında qarşıdurma davam edir. Separatçılar rus sülhməramlılarına qarşı aqressivlik göstərirlər. Ermənilərin zirehli texnikanın qarşısını kəsməsi, Rusiya sülhməramlılarını provokasiyaya çəkməsi ciddi bir münaqişənin ola biləcəyi ehtimalını ortaya çıxarır. 
 
Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert Telman Qasımov bildirib ki, ermənilərin bu addımı gözlənilən idi. Onun sözlərinə görə, separatçılar artıq hər təxribata əl atırlar.

"Bir neçə gündür Qarabağdakı erməni separatçıları rus sülhməramlılarına qarşı təxribat və təhqiredici qüvvələrini işə salıblar. Xüsusilə, sülhməramlıların onları Həkəri çayı üzərindəki körpüyə qədər müşayiət etməsini tələb edirlər. Eyni zamanda Qarabağdakı ermənilərin mitinqlərdə çıxışlarda, yürüşlərdə onlara dəstək olmasını istəyirlər. Dəfələrlə sülməramlı komandanlığına müraciət etmələrinə baxmayaraq rədd cavabı alıblar. Bundan sonra ermənilər daha da aqressivləşdilər. Video görüntülərdə də etirazları və tərbiyəsizlikləri açıq şəkildə görünür. Həmçinin hərbi hissənin qarşısından çıxan sülhməramlıların avtomobillərlə yolunu kəsirlər. Onlara alçaldıcı tərzdə müraciətlər edirlər. Provikasiyalara başlayıblar artıq hər təxribata əl atırlar. Bu addımlar gözlənilən idi. Erməni mətbuatı yalan-yalnış dezinformasiyalar yaymağa başlayıblar ki, güya orada "hümanitar böhran"dır, insanlar acından ölür və s.”.

Ekspert vurğulayıb ki, Azərbaycan ermənilərin bütün təxribatlarına hazır olmalı və vaxtında cavab tədbirləri görməlidir.

“Nəticə olaraq ermənilərin rus sülhməramlılarına aqressivlik göstərməsi, separatçıların Rusiya sülhməramlılarını provokasiyaya çəkməsi Azərbaycanın xeyrinədir.   Ermənistanın arxasında duraraq ona dəstək olan Rusiya ermənilərin kim olduğunu artıq gözünü açıb görməlidir".
 
Ayşən Rəhim