Bu il əlillik təyin olunanların sayı AÇIQLANDI
    • 19-08-2023, 11:39
    • 131

Bu il əlillik təyin olunanların sayı AÇIQLANDI

Yanvar-iyul aylarında 30,1 min şəxsə əlillik təyin olunub, 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib.

News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 30,1 min şəxsə əlillik təyin edilib.

Onlardan 14,7 mininə ilkin, 15,4 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Həmçinin bu ilin 7 ayında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,7 min şəxs 45,8 min reabilitasiya vasitəsi ilə təmin edilib.