"Qarabağ" rusiyalı qapıçını heyətinə qatdı
    • 19-08-2023, 21:42
    • 122

"Qarabağ" rusiyalı qapıçını heyətinə qatdı

"Qarabağ" klubu yeni qapıçı transferini açıqlayıb.

News24.az Report-a istinadən xəbər verir ki, "köhlən atlar" bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Ölkə çempionu rusiyalı Andrey Lunyovu heyətinə qatıb.

Qeyd edək ki, 32 yaşlı oyunçu son olaraq Almaniyada "Bayer" (Leverkuzen) klubunun formasını geyinib.