İntihar etmək istəyən qız anasını da BIÇAQLADI
    • 21-08-2023, 13:27
    • 92

İntihar etmək istəyən qız anasını da BIÇAQLADI

Şabranda ana və qızının bıçaqlanmasının təfərrüatı məlum olub. 

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Mollakamallı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü Sədaqət Kərimova yaşadığı evdə bıçaqla  özünə qəsd etmək istəyib.  Hadisə zamanı  ona müdaxilə etmək istəyən anası Səadət Kərimova da qızı ilə birlikdə bıçaq yaraları alıb. 

Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyətləri kafidir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Samir Əli