Şabranda 56 yaşlı qadın və qızı BIÇAQLANDI
    • 21-08-2023, 11:29
    • 84

Şabranda 56 yaşlı qadın və qızı BIÇAQLANDI

Şabran rayonunda bıçaqlanma faktı baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Mollakamallı kəndində qeydə alınıb. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb.

Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.