Türkiyə Moskvaya təklif hazırlayır
    • 24-08-2023, 11:05
    • 100

Türkiyə Moskvaya təklif hazırlayır

Türkiyə və BMT taxıl müqaviləsini bərpa etmək üçün Moskvaya yeni təkliflər hazırlayır.

News24.az xəbər verir ki, “RİA Novosti” məlumat yayıb.

“BMT ilə təmasda olan tərəfimizdən bəzi təkliflər hazırlanır. Amma hər şey mükəmməl olmasa da, bank məsələləri ilə bağlı həll olunmamış problemlər var. Müzakirələr davam edir”, - deyə agentliyin mənbəsi bildirib.

Bir gün əvvəl Vladimir Putin BRİKS biznes forumunun iştirakçıları qarşısında çıxış edərək bir daha xatırladıb ki, Rusiya ilə taxıl sazişi üzrə paket sazişinin heç bir şərti yerinə yetirilməyib.


Ayşən