Saatlıda azyaşlılara tütün məmulatları satan şəxs cərimələnib - FOTO
    • 9-03-2019, 20:44
    • 821

Saatlıda azyaşlılara tütün məmulatları satan şəxs cərimələnib - FOTO

Saatlıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

News24.Az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumatda Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd nəticəsində rayonun Nəsimi kəndi ərazisində bir mağazanın satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkarlandığı deyilib.
Polis əməkdaşları tərəfindən həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və o, 100 manat məbləğində cərimələnib.
Bu istiqamətdə reydlər davam etdirilir.