Taekvondoçumuz dünya birinciliyində MEDAL QAZANDI
    • 30-08-2023, 00:08
    • 213

Taekvondoçumuz dünya birinciliyində MEDAL QAZANDI

Azərbaycan taekvondoçusu Şəms Əlizadə (160 sm) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən dünya birinciliyində gümüş medal qazanıb.

News24.az Report-a istinadən xəbər verir ki, millinin üzvü yarışın ikinci günündə fəxri kürsüyə yüksəlib.

Ş.Əlizadə finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.