Rusiya Ukraynanın itkilərini açıqladı
    • 30-08-2023, 19:00
    • 227

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 553-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 466 təyyarəsi, 247 helikopteri, 6234 PUA-sı, 433 zenit-raket kompleksi, 11 570 tank və digər zirehli texnikası, 1146 reaktiv yaylım atəş sistemi, 6128 artilleriya və minaatanı, 12 528 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.