Avtomobil piyadanı vurdu: ÖLƏN VAR
    • 31-08-2023, 10:03
    • 147

Avtomobil piyadanı vurdu: ÖLƏN VAR

Sabirabadda naməlum avtomobil piyadanı vuraraq öldürüb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Suqovuşan kəndində qeydə alınıb.

Naməlum avtomobil Suqovuşan kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmov Qurbanəli İsmayıl oğlunu vuraraq öldürüb. Hazırda polis tərəfindən piyadanın ölümünə səbəb olan avtomobil və sürücünün axtarışları istiqamətində əməliyyat aparılır.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb.