"Ermənilərin azğınlaşmasın səbəbi onların gücsüzlüyüdür" - DEPUTAT
    • 31-08-2023, 14:54
    • 212

"Ermənilərin azğınlaşmasın səbəbi onların gücsüzlüyüdür" - DEPUTAT

Xəbər verdiyimiz kimi, 50-yə yaxın erməni Azərbaycanın Livandakı səfirliyinin ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Səməd Seyidov bildirdi ki, bu hərəkət ermənilərin illər boyu istifadə etdiyi metoddur.

"Biz bunların hər zaman şahidi olmuşuq. Əvəllər Los Ancelesdə, Brüsseldə, Parisdə, indi də Livanda. Bu onların xislətidir"

Millət vəkili qeyd etdi ki, ermənilər hər zaman qanuna zidd nə varsa onu ediblər.

"Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu kimi hərəkətlərə həmişə göz yumub. Biz bu ədalətsizliyə hər zaman məruz qalmışıq. Amma layiqli cavabı da vermişik. Fransa başda olmaqla, bəzi dövlətlər bu haqsızlığı görmür, görmək istəmir.

Obyektiv, beynəlxalq davranışa uyğun məsələləri kənara qoyub, qeyri-qanuni, beynəlxalq qanuna zidd olan, tamamilə insaniyyətdən kənar olan məsələlərə bayraq qaldırıb müdafiə etmək istəyirlər. Bu gülüncdür, dəhşətli faciədir. Biz bu işlərə hazır olmalıyıq. Getdikcə bunlar azğınlaşacaqlar və azğınlaşmanın da səbəbi onların gücsüzlüyüdür. Onlar Azərbaycanın apardığı siyasət qarşısında yalnız belə aşağı hərəkətlər edə bilərlər"

Aydan