Priqojinin müavini dəfn edildi - VİDEO
    • 31-08-2023, 14:30
    • 100

Priqojinin müavini dəfn edildi - VİDEO

“Vaqner” özəl hərbi şirkətinin (PMC) komandiri Dmitri Utkin ilə Mıtişi xatirə qəbiristanlığında vida mərasimi keçirilib. 

News24.az "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Vida mərasimində Vaqner PMC komandirinin qohumları və həmkarları iştirak edib. 

Qeyd edək ki, Priqojinlə vida mərasimi avqustun 29-da qapalı formatda keçirilib.

Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.

Qumral