Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması... - İrəvandan ETİRAF
    • 5-09-2023, 12:03
    • 348

Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması... - İrəvandan ETİRAF

Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Ermənistan-Türkiyə sərhədin açılması ölkələr arasında ticarət dövriyyəsini 10 dəfə artıra bilər. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, dənizə çıxışı olmayan dövlətlər ticarət üçün tranzit yollarından və qonşu ölkələrdən asılıdır.

“Beləliklə, Dünya Bankının məlumatına görə, Ermənistandan Türkiyəyə ixrac potensialı ölkəmizin ÜDM-nin 15-19%-ni təşkil edir. Almaniyanın “German Economic Team” konsaltinq şirkətinin fikrincə, İrəvanla Ankara arasında birbaşa ticarətin açılması Ermənistandan Türkiyəyə ixracın payının Ermənistan Respublikasının ümumi ixracının 6,7%-ə qədər artmasına və Ermənistandan idxalın da artmasına səbəb olacaq. Türkiyə 12,8%-ə (Ermənistana ümumi idxalın) çata bilər.

Türkiyə və Azərbaycanla sərhədlərin bağlanması Ermənistanın ticarət imkanlarını və rəqabət qabiliyyətini məhdudlaşdırır. Türkiyə ərazisindən quru yolun açılması Gürcüstandan keçən yükdaşımaların həcminə də təsir edə bilər”, - Ermənistan İqtisadiyyat Nazirliyi qeyd edib.

Nazirlik vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı olması Ermənistanın yükdaşıma bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir və bu xidmətin baha olmasına gətirib çıxarır: “Hazırda Ermənistan Logistika Effektivliyi İndeksində 186 ölkə arasında 96-cı yerdədir”.

Akqabay