Ermənistanın NATO-ya üzv olmasına imkan verilməyəcək - Arkov
    • 5-09-2023, 12:56
    • 192

Ermənistanın NATO-ya üzv olmasına imkan verilməyəcək - Arkov

“Ermənistanın NATO-ya üzv olmaq təklifi “evlənmək” demək deyil. Biz bunu Ukraynanın timsalında görürük. Heç kim Ermənistanın Şimali Atlantika Alyansına qoşulmasına, hətta namizəd olmasına imkan verməyəcək”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“O, hələ də siyasi vektor üzərində tam qərar verməyib. Onlar Ermənistanı Rusiyadan qoparmağa çalışırlar, lakin indiyə qədər bu, uğur qazanmayıb və ümid edirik ki, uzun müddət uğur qazana bilməyəcək. Bu, digər məsələlərlə yanaşı, Rusiyanın uğurlu xarici siyasət addımlarından asılıdır”, - politoloq qeyd edib.

Xatırladaq ki, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger Ermənistanı Alyansa üzv olmağa çağırıb. O bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Ermənistanı müdafiə edəcək.

Akqabay