Priqojinin qiyamına dəstək verən general AZAD EDİLDİ
    • 5-09-2023, 17:36
    • 94

Priqojinin qiyamına dəstək verən general AZAD EDİLDİ

“Vaqner” lideri Yevgeni Priqojinin iyun qiyamından sonra saxlanılan Rusiya ordusunun generalı Sergey Surovikin həbsdən azad edilib.

News24.az “New-York Times”-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə məlumat yayıb. 

Mənbə bildirib ki, general hazırda rütbəsini qoruyub saxlayır, amma onun artıq karyera perspektivi yoxdur.

Surovikin “vaqnerçilər”in qiyamından sonra ilk dəfə rusiyalı jurnalist Kseniya Sobçakın sosial şəbəkədə dərc etdiyi fotoda peyda olub.

“General Sergey Surovikin azadlıqdadır, sağ-salamatdır, evdə - Moskvada ailəsi ilə birlikdədir”, - Sobçak yazıb.

Mənbəyə görə, general Surovikinin həbsdən rəsmən azad ediləcəyi ehtimalı olsa da, ona qarşı hər hansı, o cümlədən hərəkət məhdudiyyətinin qoyulub-qoyulmadığı hələ məlum deyil. 

Surovikin avqusta qədər Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsini tutub. Qeyri-rəsmi mənbələr onun Priqojinin qiyamına dəstək verdiyini iddia edirlər.

 Ayşən