ABŞ Milli Arxivləri minlərlə UFO sənədini açıqlayıb
    • 6-09-2023, 09:59
    • 96

ABŞ Milli Arxivləri minlərlə UFO sənədini açıqlayıb

ABŞ Milli Arxivi məxfiliyi ləğv edilmiş minlərlə UFO sənədini rəqəmsallaşdırıb və öz saytında yerləşdirib.

News24.az xəbər verir ki, bu barədə "Nation news" məlumat yayıb.

Açılan UFO məlumatları arasında 1947-1969-cu illərdə fəaliyyət göstərən naməlum uçan obyektlərin hesabatlarını araşdırmaq üçün bir vaxtlar ABŞ Hərbi Hava Qüvvələrinin məxfi proqramı olan Project Blue Book-dan məlumatlar var.

Həmçinin, Milli Arxiv 1947-ci ildə Nyu-Meksiko ştatının Rosvel şəhəri yaxınlığında bir obyektin düşməsi ilə əlaqədar UFO-nun qəzaya uğraması əfsanəsinə səbəb olan Roswell hadisəsinin onlayn qeydlərini dərc etdi. Daha sonra ABŞ Hərbi Hava Qüvvələri hadisəni hava balonlarının uğursuz sınaqları ilə əlaqələndirib.

Jurnalistlərin fikrincə, Milli Arxiv tərəfindən açıqlanan məlumatlar ABŞ hökumətinin sərəncamında qalan UFO-lar haqqında məlumatların yalnız kiçik bir hissəsidir.

Aydan