Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir - Prezident
    • 9-09-2023, 11:26
    • 133

Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir - Prezident

Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir.

News24.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı məktubunda bildirib: “Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir”.

Azərbaycan Prezidenti qeyd edib ki, dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin, tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirib.

“İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.