Zəncirvari qəza baş verdi- YARALI VAR
    • 11-09-2023, 21:19
    • 363

Zəncirvari qəza baş verdi- YARALI VAR

Gəncə şəhərində zəncirvari qəza baş verib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobilin sürücüsü “Opel” markalı maşınla ötmə əməliyyatı edən zaman yolda hərəkətdə olan motosikletə çırpılıb. Sonuncu aşaraq yol kənarında dayanan “Hyundai” markalı maşına dəyib.

Hadisə zamanı motosikletin sürücüsü 1984-cü il təvəllüdlü Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Vəziyyəti orta-ağırdır.