Əli Sabancı EVƏ BURAXILDI
    • 13-09-2023, 00:02
    • 142

Əli Sabancı EVƏ BURAXILDI

“Esas Holdinq”in İdarə Heyətinin sədri Əli Sabancı müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Eyni xəstəxanada olan həyat yoldaşı Vüslat Doğan Sabancı isə ötən həftə evə buraxılıb və evində müalicə almağa başlayıb.

Xatırladaq ki, cütlük ötən ay tətilə getdikləri Yunanıstanda sahildəki restorana getmək istəyərkən olduqları qayıq qayalara çırpılıb. Əli və Vüslat Sabancılar dərhal xəstəxanaya çatdırılıblar.