Bakıda sürücü avtobusu sürməkdən imtina etdi: – “Tıxac var, getməyəcəyik”
    • 15-09-2023, 14:01
    • 603

Bakıda sürücü avtobusu sürməkdən imtina etdi: – “Tıxac var, getməyəcəyik”

Yeni dərs ili başlamamış paytaxtın nəqliyyat sektorundan şikayətlər başlanıb. Ötən gün 205 nömrəli marşrutda işləyən avtobusun sürücülərindən biri günün günorta çağı sərnişinləri 20 nömrəli məktəbin qarşısında boşaldıb.

News24.az  xəbər verir ki, bununla bağlı jurnalist Qalib İbrahimoğlu məlumat verib. 

Onun sözlərinə görə, sürücü sərnişinlərə müraciət edərək tıxaca görə hərəkət etməyəcəyini bildirib:

“Çünki, "Azneft" dairəsində tıxac var”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, hadisədən xəbərdardırlar:

“Müraciət araşdırılır. Ən qısa zamanda əlavə məlumat veriləcək”.