17 ölkə Liviyaya YARDIM EDİB
    • 16-09-2023, 20:03
    • 103

17 ölkə Liviyaya YARDIM EDİB

Liviyaya 17 ölkədən 38 yardım təyyarəsi gəlib.

News24.az xəbər verir ki,  bunu  Liviya Milli Birlik Hökuməti açıqlayıb. 

Yardımın hansı ölkələrdən gəldiyi ilə bağlı məlumat verilməyib. 

Qeyd edək ki, sentyabrın 10-da Liviyanın şərqindəki baş verən "Daniel" fırtınası Benqazi, Beyda, Marj, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Günəş Mərd