Mali, Burkina Faso və Niger kollektiv müdafiə haqqında RAZILAŞDI
    • 17-09-2023, 01:34
    • 187

Mali, Burkina Faso və Niger kollektiv müdafiə haqqında RAZILAŞDI

Burkina Faso , Mali və Nigerdə kollektiv müdafiə təşkilatı quran nizamnamə imzalanıb. 

News24.az xəbər verir ki ki, bu barədə Malinin keçid dövrünün prezidenti, polkovnik Assimi Qoita "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, "Liptako-Qourma" nizamnaməsi əhalinin xeyrinə kollektiv müdafiə və qarşılıqlı yardım arxitekturası yaratmaq üçün Sahel Dövlətləri Alyansını yaradır.

Liptako-Qourma Burkina Faso, Mali və Nigerin sərhəd bölgələrində bir zonadır. İndi o, müxtəlif terrorçu və ekstremist qrupların nəzarətindədir.