İrəvanda mer seçkisində seçici aktivliyi AŞAĞI OLUB
    • 17-09-2023, 22:25
    • 147

İrəvanda mer seçkisində seçici aktivliyi AŞAĞI OLUB

Bu gün Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına keçirilən seçkilərdə 
seçici fəallığı görünməmiş dərəcədə aşağı olub.

News24.az xəbər verir ki, bu barədə  "Sputnik Armenia" məlumat yayıb. 

Səsvermə hüququ olan 824 250 seçicidən 234 553-ü səs verib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri seçici fəallığını paytaxt üçün görünməmiş dərəcədə aşağı olduğunu qeyd edib. O, eyni zamanda son illər seçkilərin dinamikasında seçici fəallığının aşağı düşməsinin müşahidə edildiyini bildirilib. 

Seçkidə 65 yer uğrunda 13 siyasi partiya və 1 blok mübarizə aparıb.