Ərdoğan İlon Maskı TEKNOFEST-ə DƏVƏT ETDİ
    • 18-09-2023, 09:03
    • 135

Ərdoğan İlon Maskı TEKNOFEST-ə DƏVƏT ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskı Nyu Yorkdakı Türk evində qəbul edib.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mask qəbula oğlu ilə birlikdə gəlib.

Türkiyənin kosmos proqramı çərçivəsində atılacaq addımlarda "SpaceX" ilə əməkdaşlıq imkanlarının ola biləcəyini bildirən Ərdoğan, Maskı İzmirdəki "Teknofest" sərgisinə dəvət edib.

Ərdoğan Maskı Türkiyədə "Tesla"nın 7-ci fabrikini qurmağa çağırıb. 

Mask bir çox türk tədarükçünün artıq "Tesla" ilə işlədiyini və Türkiyənin növbəti fabrik üçün ən vacib namizədlər arasında olduğunu qeyd edib.

Günəş Mərd