"Kadırovun ölümü təsdiqlənsə, Rusiya üçün çətin olacaq" - Kurnosova
    • 18-09-2023, 10:50
    • 115

"Kadırovun ölümü təsdiqlənsə, Rusiya üçün çətin olacaq" - Kurnosova

“Çeçenistan lideri Ramzan Kadırovun  vəziyyəti ağırdır. Kreml Çeçenistanın taleyini həll edərkən onun ölümünü yalnız bir neçə gün gizlədə biləcək”.

News24.az “Unian.net”ə istinadla xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi Olqa Kurnosova deyib.

Onun sözlərinə görə, Kadırov Çeçenistandakı vəziyyətə tam nəzarət edir, lakin onun açıq-aydın varisi yoxdur - hətta oğlu onun yerini tuta bilməz.

“Onun ölümü “müharibə partiyasını” Putindən çox zəiflədəcək. Çeçenistanda vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Regionlarda vəziyyət nə qədər alovlanırsa, bütün Moskva üçün bunun öhdəsindən gəlmək bir o qədər çətin olacaq. Bütün bunlar isə Rusiya qüvvələrini cəbhədən yayındıracaq. Bu, gözəldir", - o əlavə edib.

Kurnosova qeyd edir ki, hazırda “Kadırovun adamlarının” qorxusu ilə etirazlardan qorunan Dağıstanda da vəziyyət pisləşə bilər. Onun sözlərinə görə, yerli hakimiyyət vəziyyətə tam nəzarət edə bilmir.

Ayşən